Digər
Şakil O\'Nil əməliyyat keçirdi

21.03.2023 | 14:36
NBA-in dördqat çempionu Şakil O'Nil sosial şəbəkələrdə sağlamlıq durumu haqda məlumat verib:
"Mənə görə narahat olanlara müraciət edirəm. İlk növbədə, hamınıza dərin təşəkkürlər! İkincisi, hər şey qaydasındadır, sadəcə, bir əməliyyat keçirməyə ehtiyac var idi. İndi hər şey əladı və narahatlığa gərək yoxdur".
Şakil O'Nilin omba əməliyyatından sonra hazırda reabilitasiya keçdiyi bildirilir.