Stolüstü tennisçimiz beynəlxalq turnirin mükafatçıları sırasında

Stolüstü tennisçimiz Yağmur Məmmədli Türkiyədə keçirilən beynəlxalq turnirin mükafatını qazanıb.

Sports.az xəbər verir ki, Antalyada təşkil olunan “Pro-Tur” yarışının qrup mərhələsini ikinci yerdə başa vuran yeniyetmə idmançı 1/4 finalda Duru Krbacı, yarımfinalda Gülce Dönməzi mübarizədən kənarlaşdırıb. Finalda isə Nil Basarana 2:3 hesabı ilə uduzan Yağmur turnirin gümüş mükafatına layiq görülüb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar