Messi yeni klubunda forma nömrəsini seçdi

Fransanın PSJ klubunu MLS təmsilçisi "İnter Mayami"yə dəyişən Lionel Messi yeni komandasında 10 nömrəli formanı geyinəcək.

Sports.az xəbər veir ki, bu barədə "Clarin" nəşri məlumat yayıb.

Xəbərdə bildirilir ki, argentinalı futbolçu yenidən sevimli nömrəsinə qovuşub.

Mayami təmsilçisində bu nömrə Qonsalo İquainin gedişindən sonra boş qalıb.

Xatırladaq ki, Lionel Messi İspaniya "Barselona"sında 10, PSJ-də isə 30 nömrəli formanı geyinib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar