Dünya futbolu
Mahirli "Dinamo" darmadağına sevindi
![](https://sports.az/file/articles/2023/09/17/1694903345_1693782779_187810_94htqgvti5.jpg)
17.09.2023 | 02:28
Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi "Dinamo" bu gün Xorvatiya çempionatında növbəti oyununa çıxıb.
Sports.az xəbər verir ki, komanda 8-ci tur çərçivəsində doğma meydanda "Slaven Belupo" ilə qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib.
Emreli də bu matçın iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana daxil olub.
"Dinamo" hazırda turnir cədvəlində 13 xalla 3-cü pillədə qərarlaşıb.