“Verder” “Haydenhaym”a məğlub oldu

Almaniya Bundesliqasında 4-cü tura yekun vurulub.

Sports.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

“Haydenhaym” evdə “Verder”ə qalib gəlib. Altı qolluq “Darmştadt” - “Borussiya” (Mönhenqladbah) matçında isə qalib müəyyənləşməyib.

Hazırda 10 xala malik “Bayer” və “Bayern” zirvəyə şərikdirlər. “Leypsiq”, “Ştutqart”, “Hoffenhaym” və “Volfsburq”un isə 9 xalı var. Dortmund “Borussiya”sı da 8 xal toplayıb.

Almaniya Bundesliqası
4-cü tur

15 sentyabr

Bayern – Bayer 2:2
Qollar: H.Keyn, 7. L.Qoretska, 86 – Qrimaldo, 24. E.Palasios, 90+4-pen.

16 sentyabr

Köln – Hoffenhaym 1:3
Qollar: Selke, 61 – Kramariç, 1. Qriliç, 28. Beyer, 52.

Frayburq – Borussiya (Dortmund) 2:4
Qollar: Holer, 45+2. Hofler, 45+6 – Hummels, 11; 88. Malen, 60. Roys, 90+2.

Maynts – Ştutqart 1:3
Qollar: Barreyro, 70 – Jirassi, 56; 84; 90+7.

Leypsiq – Auqsburq 3:0
Qollar: X.Simons, 7. Openda, 11. Raum, 27.

Volfsburq – Union Berlin 2:1
Qollar: Vind, 12. Mehle, 30 – Qosens, 28.

Bohum – Ayntraxt 1:1
Qollar: Ştoqer, 74-pen – Ebimbe, 57.

17 sentyabr

Haydenhaym – Verder 4:2
Qollar: Klayndenst, 5-pen. E.Dinkci, 44; 68. Beste, 76 – Dukş, 49. Vayzer, 64.

Darmştadt – Borussiya (Mönhenqladbah) 3:3
Qollar: Mehlem, 8. Maqlika, 10. Skarke, 33 – Sibaço, 56. Noyhaus, 73. Çvançara, 77.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar