Dünya futbolu
Dadaşov Super Liqa klubunda debüt etdi
![](https://sports.az/file/articles/2023/09/18/1695065327_s.jpg)
18.09.2023 | 23:29
Türkiyə Super Liqasında 5-ci turun oyunları keçirilib.
Sports.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Fatih Karagümrük”lə qarşılaşıb. Oyun qolsuz bitib – 0:0.
Renat da bu görüşün iştirakçısı olub. O, 63-cü dəqiqədə meydana çıxmaqla Hatay klubunda debüt edib.
“Hatayspor” hazırda 7 xalla 8-ci pillədə qərarlaşıb.