Dünya futbolu
“Mançester Siti” Leroy Saneni geri qaytarmağı düşünür

20.11.2023 | 22:16
“Bayern”in vingeri Leroy Sane “Mançester Siti”yə qayıda bilər.
Sports.az xəbər verir ki, “Siti” 27 yaşlı almaniyalı futbolçunu gələn yay transfer etməkdə maraqlıdır.
Sanenin “Bayern”lə müqaviləsin 2025-ci ilin iyununda başa çatacaq.
“Transfermarkt” internet-portalı Leroy Saneni 75 milyon avro məbləğində qiymətləndirir.