Dünya futbolu
Müller hələ də oynamaq istədiyini bildirdi

21.11.2023 | 19:15
“Bayern”in yarımmüdafiəçisi Tomas Müller Münhen klubu bu mövsümün sonunda futbolçunun başa çatacaq müqaviləsini yeniləməyəcəyi halda, peşəkar futbolçu karyerasını bitirmək niyyətində olub-olmaması ilə bağlı sualı cavablandırıb.
Sports.az Müllerin bu barədə fikirlərini təqdim edir:
“2024-cü ildən sonra da oynamaq istəyirəm. Mən hələ də meydanda olmaqdan həzz alıram, ümid edirəm ki, bunu məndə görə bilərsiniz”.