“Barselona” Alkantaranı zədəli Qaviyə əvəzləyici görür

“Barselona” rəhbərliyi “Liverpul”un yarımmüdafiəçisi Tyaqo Alkantaranı hazırkı beynəlxalq fasilə zamanı ciddi zədə alaraq, bir neçə aylığa sıradan çıxmış, kataloniyalıların gənc yarımmüdafiəçisi Qavinin yerinə əsas namizədlərdən biri kimi görür.

Sports.az xəbər verir ki, Alkantaranın nümayəndələri artıq Kataloniya klubunun marağından xəbərdardırlar və futbolçunun özü də bu transferdə maraqlıdır.

Xatırladaq ki, daha əvvəl mətbuatda Alkantaranın cari mövsümün sonunda, əmək müqaviləsi başa çatdıqdan sonra “Liverpul”dan ayrılacağı barədə məlumat yayılmışdı. Vurğulanır ki, “Liverpul” rəhbərliyi 32 yaşlı Alkantaranın zədə nisbətinin yüksək olmasından narazıdır və futbolçu ilə vidalaşmağa hazırdır.

Alkantara 2009-2013-cü illərdə “Barselona”da çıxış edib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar