Noyer “Bayern”lə ÇL-2025-in Münhen finalında oynamaq istəyir

“Bayern”in əsas qapıçısı Manuel Noyer Münhen klubu ilə müqaviləsinin uzadılması ilə bağlı duyğularını paylaşıb.

Sports.az Noyerin fikirlərini təqdim edir:

“Bayern”də daha bir il qalacağım üçün xoşbəxtəm. Uzun müddətli zədəmdən sonra yenidən fəaliyyətə qayıtdım və bu, məni xoşbəxt edir.

Qarşıdakı bir neçə ildə böyük məqsədlərə nail ola bilərik. Əlbəttə ki, komandamız 2025-ci ildə Münhendə keçiriləcək Çempionlar Liqasının finalına çıxmağa qadirdir”, deyə alman qapıçı həmin finalda oynamaq arzunu ifadə edib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar