“Liverpul”un Nunyes üçün “Benfika”ya nə qədər ödədiyi məlum oldu

“Liverpul” Darvin Nunyesin Mersisayd klubunda keçirdiyi 60-cı oyuna görə, “Benfika”ya 9,8 milyon avro ödəyib.

Sports.az xatırladır ki, Nunyes 2022-ci ilin yayında “Liverpul”a keçib.

“Liverpul” buna görə dərhal 73,3 milyon avro ödəyib, vəsaitin digər hissəsi isə üstəlik olaraq “Benfika”ya ayrılıb. Uruqvaylı hücumçu “qırmızılar”ın heyətində 10 oyun keçirdikdən sonra “Benfika” əlavə olaraq 5 milyon avro alıb. Nunyesin “Mançester Siti” ilə Premyer Liqa oyunu (1:1) uruqvaylı hücumçu üçün 60-cı olub və “Benfika” növbəti ödənişini, haqqında söhbət gedən 9,8 milyon avro məbləği alıb.

Beləliklə, “Liverpul” Nunyes müqabilində “Benfika”ya ümumilikdə 88 milyon avro ödəyib ki, bu da uruqvaylı hücumçunu “Liverpul” tarixinin ən bahalı oyunçusu edir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar