“Bayern” Virtsi heyətinə qatmağa iddialıdır

Almaniya nəhəngi “Bayern” Leverkuzen “Bayer”inin və Almaniya yığmasının yarımmüdafiəçisi Florian Virtsi heyətinə qatmaq fikrindədir.

Sports.az xəbər verir ki, “Bayer” Virtsin transferinin əleyhinə deyil, amma bunun qış transfer pəncərəsində gerçəkləşməsi sual altındadır.

Leverkuzen təmsilçisi perspektivli futbolçusunun satışından ən azı 120-130 milyon avro gəlir götürməyi nəzərdə tutub. Daha əvvəl “Real”ın da Virtsə iddialı olduğu haqda məlumat yayılmışdı. Amma futbolçunun özünün “Bayern”ə keçməyə və Bundesliqada oynamağa davam etmək meyli var. Bu, mümkün transfer uğurunda “Bayern”in xeyrinə olan amil olsa da, “Real” da iddiasından geri durmaq fikrində deyil.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar