Konfrans Liqası: Mahirli “Dinamo” “Astana”ya qarşı

Bu gün Konfrans Liqasında qrup mərhələsinin 5-ci turunun oyunları keçiriləcək.

Sports.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutacaq.

Azərbaycanlı futbolçu Mahir Emrelinin komandası - Zaqreb “Dinamo”su bu turda Qazaxıstanın “Astana” komandası ilə üz-üzə gələcək.

Türkiyə təmsilçilərindən “Beşiktaş” doğma meydanda Belçika “Brügge”si ilə üz-üzə gələcək. “Fənərbaxça” isə “Nordsyelland”ın qonağı olacaq.

Avropa Konfrans Liqası
Qrup mərhələsi

30 noyabr

A qrupu

“Klaksvik” (Farer adaları) - “Slovan” (Bratislava, Slovakiya)
“Olimpiya” (Sloveniya) - “Lill” (Fransa)

Xal: Lill – 8. Slovan – 7. Klaksvik – 4. Olimpiya – 3.

B qrupu

“Breydablik” (İslandiya) - “Makkabi” (Təl-Əviv, İsrail)
“Gent” (Belçika) - “Zarya” (Ukrayna)

Xal: Gent – 10. Makkabi – 6. Zarya – 4. Breydablik – 0.

C qrupu

“Ballkani” (Kosovo) - “Viktoriya” (Plzen, Çexiya)
“Astana” (Qazaxıstan) - “Dinamo” (Zaqreb, Xorvatiya)

Xal: Viktoriya – 12. Ballkani – 4. Astana – 4. Dinamo – 3.

D qrupu

“Beşiktaş” (Türkiyə) - “Brügge” (Belçika)
“Bodo Qlimt” (Norveç) - “Luqano” (İsveçrə)

Xal: Brügge – 10. Bodo Qlimt – 7. Luqano – 4. Beşiktaş – 1.

E qrupu

“Aston Villa” (İngiltərə) - “Legiya” (Polşa)
“Alkmar” (Niderland) - “Zrinski” (Bosniya və Herseqovina)

Xal: Legiya – 9. Aston Villa – 9. Zrinski – 3. Alkmar - 3.

F qrupu

“Çukariçki” (Serbiya) - “Ferentsvaroş” (Macarıstan)
“Fiorentina” (İtaliya) - “Genk” (Belçika)

Xal: Fiorentina – 8. Ferentsvaroş – 6. Genk – 6. Çukariçki – 0.

G qrupu

HJK (Finlandiya) - “Aberdin” (Şotlandiya)
“Ayntraxt” (Almaniya) - PAOK (Yunanıstan)

Xal: PAOK – 10. Ayntraxt – 9. Aberdin – 2. HJK – 1.

H qrupu

“Nordsyelland” (Danimarka) - “Fənərbaxça” (Türkiyə)
“Spartak” (Trnava, Slovakiya) - “Ludoqorets” (Bolqarıstan)

Xal: Fənərbaxça – 9. Nordsyelland – 7. Ludoqorets – 6. Spartak – 1.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar