Müller “Bayern”dəki əvəzedici rolunu şərh etdi

“Bayern”in 34 yaşlı veteran hücumçusu Tomas Müller komandada kiçik rollara keçidindən danışıb.

Sports.az Müllerin bu barədə fikirlərini təqdim edir:

“Məşqçinin işi biz oyunçuların onun xoşuna gəlib-gəlmədiyinə qərar verməkdir. Mənim üçün əsas odur ki, boş dəqiqələr olanda əlimdən gələni edim, məşqdə yaxşı çıxış edim və özümdən razı olum. Çox yaxşı nəticə verən hücumameyilli oyunçularımız var. Vəziyyət belədir. Hər kəs buna dözməlidir. Nə qədər ki, biz qalibik, bunlar ikinci dərəcəli məsələlərdir.

Bədənim yaxşı işləyir, davam edə bilərəm. Mən məşq meydançasında və oyunlarda hər saniyə işimi görməyə çalışıram və bu, həqiqətən də yaxşı nəticə verir”, deyə alman hücumçu komandanın uğurlarını daha üstün tutduğunu başa düşməyə əsas verib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar