“Harri Keyn fenomendir”

“Tottenhem”in sabiq hücumçusu Fernando Lyorente bir vaxtlar komandada birlikdə çıxış etdiyi, hazırda “Bayern”in uğurları üçün çalışan hücumçu Harri Keyn haqqında fikirlərini paylaşıb.

Sports.az Lyorentenin fikirlərini təqdim edir:

“Harri Keyn bir fenomendir. Ola bilsin ki, “Real”, yaşına görə onun üçün çox pul istənildiyinə qərar verdiyindən onu imzalamadı. Amma o, “Bayern”ə keçəndə onun səmərəsinə şübhə etmirdim, çünki onun oyununu yaxından görmüşdüm və nəyə qadir olduğunu bilirəm. O, “Real” üçün mükəmməl hücumçu olardı.

Onda hər şeyi bəyənirəm. Düşünürəm ki, o, ağlı başdan alan hücumçudur”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar