Karrager Messi ilə Ronaldonu müqayisə etdi

Futbol mütəxəssisi Ceymi Karrager “İnter Mayami”nin hücumçusu Lionel Messi ilə “Əl Nəsr”in hücumçusu Kristiano Ronaldonun oyun səviyyəsini müqayisə edib.

Sports.az Karragerin bu barədə fikirlərini təqdim edir:

“Messi və Ronaldo arasındakı mübahisə nəhayət həll olundu? Bu mübahisə heç vaxt olmayıb. Ronaldo Messinin səviyyəsinə yaxın belə, deyil. Ronaldo bütün zamanların ən yaxşı qolçularında biridir, Messi isə bütün zamanların ən yaxşı oyunçusudur. Heç yaxın deyillər.

Vaxt var idi ki, yalnız Ronaldo qol vurduğuna görə yaxın idilər. Messi isə qollar vururdu və inanılmaz oyunçu idi. Düşünmürəm ki, heç o vaxtlar da müqayisə edilə bilməzdilər.

Ronaldo zirvəyə “Mançester Yunayted”də çatmadı! “Real”da yaxşı idi. Ancaq bir şeyi deyim: o, Messi deyil”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar