“Qətərdəki dünya çempionatında Messi ürəkdən oynayırdı” - Skaloni

Argentina yığmasının baş məşqçisi Lionel Skaloni 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatında qazanılmış qələbənin komandanın hücumçusu və kapitanı Lionel Messi üçün nə qədər vacib olduğunu bildirib.

Sports.az Skaloninin bu barədə fikirlərini təqdim edir:

“Hamı deyir ki, dünya çempionatı istənilən oyunçu üçün ən vacib məqamdır. Messiyə dünya çempionatında sadəcə qələbə lazım idi. Qətərdə “Leo” ürəkdən oynayırdı. Belə hallarda onu dayandırmaq sadəcə mümkünsüzdür”, deyə argentinalı mütəxəssis bildirib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar