“Onana elə görünür ki, sanki hər zərbədən qol buraxacaq”

“Mançester Yunayted”in və İngiltərə yığmasının sabiq yarımmüdafiəçisi Pol Skoulz Çempionlar Liqasının “Qalatasaray”la oyunundan (3:3) sonra “qırmızı şeytanlar”ın qapıçısı Andre Onananın səhvlərindən danışıb.

Sports.az Skoulzun bu barədə fikirlərini təqdim edir:

“Məşqçilər öz oyunçularına cavabdeh olmalıdırlar. Onana üçün təəssüflənirəm, çünki o, son bir neçə həftədə yaxşı görünürdü. O, qeyri-ənənəvi qurtarışlar edir, Çempionlar Liqasında isə düşünürəm ki, o, çox xatircəmdir və diqqəti yoxdur. Qapıçı üçün diqqət hər şeydir.

O, bütün komandanı əsəbiləşməyə sövq edir, onun ucbatından sadə qurtarışlar mürəkkəb görünürlər. O, hər zərbəni buraxacaq kimi görünür, ona görə də rəqib məşqçilər bir azdan oyunçularına “qapıya vur”, deməyə başlayacaqlar”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar