Dünya futbolu
Alleqri “Yuventus”dakı gələcəyindən danışdı
30.11.2023 | 21:20
“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri Turin klubu ilə müqaviləsinin uzadılıb-uzadılmayacağı ilə bağlı sualı cavablayıb.
Sports.az Alleqrinin bu barədə fikirlərini təqdim edir:
“Bu müddətdə biz həmişə klubdakı gələcək haqqında danışmağa başlayırıq. “Yuventus”la 2025-ci ilə qədər müqaviləm var. Biz komandanın gələcəyi üçün çalışmaqda davam edirik. Klub rəhbərləri ilə çox yaxşı münasibətim var, ahəngdarlıq var. “Yuventus”a müxtəlif işçilər gəlirlər, amma onun DNT-si dəyişmir. Susmaq və sadəcə işləmək lazımdır. Yenə deyirəm, klub rəhbərliyi ilə əla münasibətim var”.
Xatırladaq ki, son vaxtlar Alleqrinin yerinə digər italyan mütəxəssis Antonio Kontenin gətiriləcəyi haqda şayiələr dolaşır.