“Yuventus” Ferqyusonu heyətinə qatmaq istəyir

“Yuventus” “Bolonya”nın və Şotlandiya yığmasının yarımmüdafiəçisi Lyuis Ferqyusonla maraqlanır.

Sports.az xəbər verir ki, turinlilər meydanın mərkəzi xəttini gücləndirməlidirlər.

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri hesab edir ki, şotland futbolçu A Seriyasındakı təcrübəsinə görə “Yuventus” üçün uyğun namizəddir.

Vurğulanır ki, “Yuventus”un skautları artıq Ferqyusonun oyununu və inkişafını izləyirlər. Mümkün transfer 4 milyon avro məbləğində qiymətləndirilir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar