“Çelsi” qışda Andrey Santosu icarədən geri çağıracaq

“Çelsi” hazırda “Nottingem Forest”də çıxış edən braziliyalı yarımmüdafiəçisi Andrey Santosu yanvarda icarədən geri çağırmaq niyyətindədir.

Sports.az xəbər verir ki, London klubu müqaviləni pozacağına görə, icarə şərtlərində razılaşdırılmış məbləği ödəyəcək, “Nottingem Forest” isə zədə almadığı müddətdə Santosun xidmətindən istifadə etmədiyi üçün “Çelsi”yə cərimə ödəyəcək.

Bu arada, “Strasburq”un gənc yarımmüdafiəçini mövsümün sonuna qədər qəbul etməyə hazır olduğu vurğulanır. Amma bu, hazırda mümkün deyil: “Çelsi” artıq 7 futbolçusunu xaricə icarəyə verib və FIFA-nın müvafiq məhdudiyyəti London klubunun daha artıq oyunçunu icarəyə verməsini yasaqlayır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar