David Silva nə vaxtsa “Mançester Siti”yə keçməsi haqda qərarına aydınlıq gətirdi

Bu yaxınlarda futbolçu karyerasını başa vurmuş ispan yarımmüdafiəçi David Silva niyə 2010-cu ildə “Real”a deyil, “Mançester Siti”yə keçdiyini açıqlayıb.

Sports.az David Silvanın bu barədə fikirlərini təqdim edir:

“Əvvəla, “Siti” mənə çox qoyuluş edirdi. “Şəhərlilər”in ofisinin ilk zəngindən sonra rəhbərlikdən inam və dəstək hiss etdim.
İkincisi, onların layihəsi və klubun iddiaları məni ruhlandırdı. Onlar Avropanın aparıcı nəhənglərindən birinə çevrilməli idilər. Bu gün isə həqiqətən də belədir”, deyə ispan futbolçu bildirib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar