Van Deyk Aleksander-Arnold haqda: “Kamil oyunçudur”

“Liverpul”un kapitanı və mərkəz müdafiəçisi Vircil van Deyk komanda yoldaşı və “qırmızılar”ın futbol akademiyasının məzunu Trent Aleksander-Arnold haqda danışıb.

Sports.az Van Deykin bu barədə fikirlərini təqdim edir:

“O, bizə müdafiədə çox şey təklif edir, o cümlədən topa sahib olduğumuz zaman. Trent xüsusi keyfiyyətlərə malikdir, o, kamil oyunçudur. O, gördüyü işləri görməyə davam etməli, təkmilləşməyə davam etməli, özü üçün qoyduğu və hamımızın onun üçün qoyduğu yüksək tələb ölçülərini qoruyub saxlamalıdır. O, “Mançester Siti”yə qarşı yaxşı oyun keçirdi, hazırda ən yaxşı cinah oyunçularından birinə - Jeremi Dokuya qarşı yaxşı oynadı”, deyə holland futbolçu komanda yolaşından razılıq edib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar