Dünya futbolu
“Mançester Yunayted” İvan Provedeli transfer edə bilər
30.11.2023 | 22:50
“Mançester Yunayted” rəhbərliyi “Latsio”nun qapıçısı İvan Provedeli transfer etməyi düşünür.
Sports.az xəbər verir ki, “Mançester Yunayted” komandanın əsas qapıçısı Andre Onananın çıxışından narazıdır.
Bu baxımdan İngiltərə klubu əsas qapıçı mövqeyini gücləndirmək seçimlərini araşdırır. Onananın yerinə əsas namizədlərdən biri də məhz Provedeldir.
Vurğulanır ki, “Latsio” qapıçısını buraxmağa hazırdır. Amma romalılar onun transferi üçün ən azı 35 milyon avro tələb edəcəklər.