“Çelsi” Moskardo ilə maraqlanır

“Çelsi” “Korintians”ın gənc yarımmüdafiəçisi Qabriel Moskardonu transfer etməkdə maraqlıdır.

Sports.az xəbər verir ki, London klubu Braziliya klubuna 18 yaşlı yarımmüdafiəçini 20 milyon avroya satın almaq təklifini etsə də, braziliyalılar bundan imtina ediblər.

“Korintians” futbolçusunun satışından ən azı 25 milyon avro qazanmaq istəyir. Eyni zamanda, “Barselona”, PSJ, “Liverpul” və “Arsenal”ın da Moskardonun çıxışını izlədiyi vurğulanır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar