Milito Lautaro Martines haqda: “Onun “İnter”ə verə biləcəkləri hələ var”

“İnter”in sabiq futbolçusu Dieqo Milito komandanın argentinalı hücumçusu Lautaro Martines haqda fikirlərini paylaşıb.

Sports.az Militonun bu barədə fikirlərini təqdim edir:

“Biz yüksək səviyyəli oyunçudan danışırıq. İnanıram ki, onun hələ kluba çox verəcəkləri var. Onun bu səviyyəyə çatacağına heç vaxt şübhə etmirdim. O, komanda yoldaşlarına necə uyğunlaşacağını bilir. Lautaro Lukaku ilə yaxşı anlaşırdı, indi isə Türamla. Ümid edirəm ki, hər ikisi çoxlu qol vura bilər.

Mən Lautaronu uşaqlıqdan tanıyıram. “Rasinq”də debüt etdiyi gün məni əvəz edən o idi. Onun tərəqqisini görmək həqiqətən xoşdur. Onun zəkasından, böyüməyə və məqsədlərinə çatmağa davam etmək istəyindən təsirlənirəm”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar