Zidan Marsel “Olimpik”ini çalışdıra bilər

“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan Marsel “Olimpik”in çalışdırmağa yaxındır.

Sports.az xəbər verir ki, Zidan yanvarın 24-də baş məşqçisi Camel Belmadinin vəzifəsindən kənarlaşdırıldığı Əlcəzair yığmasını çalışdırmaqdan imtina edib, çünki fransalı mütəxəssis Marseldən təklif gözləyir.

Vurğulanır ki, daha əvvəl Səudiyyə Ərəbistanının kral ailəsinin üzvü, şahzadə Abdullah Saad Əbdüləziz Əl Səud Marsel “Olimpiki”ini ala biləcəyini etiraf edib.

Xatırladaq ki, Zidan 2021-ci ildə “Real”ın baş məşqçi vəzifəsini tərk edib və o vaxtdan bəri heç bir klubda bu vəzifəni tutmayıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar