Dünya futbolu
Sertan Taşkının komandasından inamlı qələbə
![](https://sports.az/file/articles/2024/02/11/1707679918_1a7f3a9dae454e9eae5809575753a264.jpg)
11.02.2024 | 23:35
Türkiyə 1-ci liqasında 22-ci turun oyunları keçirilir.
Sports.az xəbər verir ki, bu gün Azərbaycan millisinin müdafiəçisi Sertan Taşkının çıxış etdiyi "Manisa" “Girəsunspor"la qarşılaşıb və 2:0 hesablı qələbəyə sevinib.
Sertan start heyətdə meydana çıxıb və 88-ci dəqiqədə əvəzlənib.
"Manisa" bu nəticədən sonra 26 xalla 12-ci pillədə qərarlaşıb.