Dünya futbolu
“Sportinq” “Qarabağ”ın rəqibini darmadağınla məğlub etdi
![](https://sports.az/file/articles/2024/02/12/1707683540_1707113676_a1dbb974-1667-39e7-bbf1-c31fb4ceda6e_850.jpg)
12.02.2024 | 00:31
Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” Portuqaliya çempionatında növbəti matçını keçirib.
Sports.az xəbər verir ki, adıçəkilən komanda 21-ci turda səfərdə “Sportinq”lə qarşılaşıb və 0:5 hesablı darmadağına üzülüb.
Turnir cədvəlinin 4-cü pilləsində qərarlaşmış “Braqa”nın 40 xalı var.
“Qarabağ” “Braqa” ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab görüşünü isə 22-də evdə keçirəcək.