Braziliya Argentinaya uduzub Paris Olimpiadasından kənarda qaldı

Braziliya millisi Paris-2024-ə vəsiqə uğrunda Cənubi Amerika seçmə turnirinin qrup mərhələsinin üçüncü turunda Argentina yığması ilə qarşılaşıb.

Sports.az xəbər verir ki, matç Argentina millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu Lusiano Qundu vurub. Bununla da Braziliya millisi qrup mərhələsini 3 xalla 3-cü pillədə başa vurub və Olimpiya Oyunlarına vəsiqə qazanmaq şansını itirib. Argentina millisi qrupa liderlik edir və artıq 2024-cü il Olimpiya oyunlarına vəsiqəni təmin edib.

Xatırladaq ki, PARİS-2024 iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar