ÇL: “Barselona” səfərdən heç-heçə,  “Arsenal” məğlubiyyətlə qayıtdı

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları yekunlaşıb.

Sports.az xəbər verir ki, bu gün daha 2 görüş baş tutub.

London “Arsenal”sı “Portu”nun qonağı olub. Bu oyunda meydan sahibləri son dəqiqə qolu ilə qələbə qazanıblar.

“Napoli” ilə “Barselona” arasındakı qarşılaşmada isə tərəflər hərəyə 1 qolla kifayətləniblər.

Bu cütlərdə cavab matçları martın 12-də keçiriləcək.

UEFA Çempionlar Liqası
1/8 finalın ilk oyunları

21 fevral

“Portu” (Portuqaliya) – “Arsenal” (İngiltərə) 1:0
Qol: Qaleno, 90+4.
Baş hakim: Sərdar Gözübüyük (Niderland).
Portu. “Draqao” stadionu.

“Napoli” (İtaliya) – “Barselona” (İspaniya) 1:1
Qollar: Osimhen, 75 – Levandovski, 60.
Baş hakim: Feliks Svayer (Almaniya).
“Dieqo Armando Maradona” stadionu.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar