Van Deyk İngiltərə Liqa Kubokunu qazanmağa ümid edir

“Liverpul”un mərkəz müdafiəçisi və kapitanı Vircil van Deyk ümid etdiyini bildirib ki, mersisaydlılar İngiltərə Liqa Kubokunun finalında “Çelsi”ni məğlub edə və kuboku qazana biləcəklər.

Sports.az Van Deykin bu barədə fikirlərini təqdim edir:

“Bu klub üçün finalda oynamaq ağlasığmaz bir şeydir. Təbii ki, ilk növbədə hamımız qələbə qazanmaq istəyirik, amma final finaldır. Bu, mövsümün ilk qənimətini götürmək üçün fürsətdir və bu, mövsümün qalan hissəsində bizə təkan verəcək. Qarşıdan gələn oyunu səbirsizliklə gözləyirəm. Ümidvaram ki, ən yaxşı nəticəyə nail olub, Liqa Kubokunu qazanacağıq”, deyə holland futbolçu vurğulayıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar