La Liqanın 26-cı turu 1 dəqiqəlik sükutla başlayacaq

İspaniya La Liqasının 26-cı turunun oyunları Valensiyadakı yanğında həyatını itirmiş ən azı 4 nəfərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayacaq.

Sports.az xatırladır ki, Valensiyada 14 mərtəbəli binanı əhatə edən yanğın baş verib və qonşu binaya da keçib.

Ölənlərdən əlavə 19 nəfər hələ də itkin düşmüş hesab edilir. Şəhərdə matəm elan edilib və bu həftə sonuna planlaşdırılmış bütün tədbirlər ləğv edilib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar