“Gələcəkdə Karpin “Selta”nı çalışdıra bilər”

İspaniyanın nüfuzlu “Marca” nəşrinin redaktoru Xuan Kastro hesab edir ki, Valeri Karpin İspaniyaya məşqçi kimi qayıda bilər.

Sports.az xəbər verir ki, jurnalistin fikrincə, yaxın gələcəkdə Karpin futbolçu kimi çıxış etdiyi “Selta”nı çalışdıra bilər:

“Ola bilsin ki, nə vaxtsa Karpin İspaniyaya qayıdacaq. Düşünürəm ki, o, gələcəkdə “Selta”nı çalışdıra bilər. İndi komanda böhran içindədir - Karpini dəvət etmək yaxşı həll yolu ola bilər. Amma indi, Valeri Rusiyada həm milli yığmaya, həm də komandaya rəhbərlik edəndə yox, bir neçə ildən sonra. Mənə elə gəlir ki, bu, gələcək üçün mümkün seçimdir”, deyə Kastro əminliklə bildirib.

Xatırladaq ki, Valeri Karpin hazırda iki məşqçi vəzifəsini daşıyır - “Rostov” futbol klubunda və Rusiya milli yığmasında.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar