“Liverpul”un bəlkə də Tuxelə diqqət etməsinə dəyər” - Berbatov

“Mançester Yunayted”in bolqar sabiq hücumçusu Dimitar Berbatov hesab edir ki, “Liverpul” Tomas Tuxeli komandanın baş məşqçisi vəzifəsinə dəvət edə bilər.

Sports.az xatırladır ki, “qırmızılar”ı çalışdıran Yurgen Klopp bu mövsümün sonunda, Tuxel isə öz növbəsində yayda “Bayern”i tərk edəcək.

“Mən hələ də düşünürəm ki, Xabi Alonso “Liverpul” üçün ilk seçimdir, xüsusən o, “Bayer” ilə Bundesliqanı qazanarsa. Əgər bu baş verərsə, o zaman Alonso böyük ehtimalla “Liverpul”a doğru növbəti addımını atacaq. Ancaq onu ala bilməsələr, başqa məşqçilərə müraciət edə bilərlər. Məsələn, Tomas Tuxelə. Düşünürəm ki, o, Mersisayd rəhbərliyi siyahısında Alonsodan sonra ikinci ola bilər”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar