“Barselona” komandanın baş məşqçisi vəzifəsinə namizədlərin yekun siyahısını hazırladı

“Barselona” rəhbərliyi “blauqrana”nı çalışdıran ispan mütəxəssis Xavinin cari mövsümün sonunda klubu tərk etməsindən sonra komandanın yeni baş məşqçisi vəzifəsinə namizədləri fəal surətdə öyrənir.

Sports.az xəbər verir ki, “Barselona” bu vəzifəyə namizədlərin yekun siyahısını tərtib edib:

- Hans-Diter Flik (hazırda işsiz);
- Roberto De Zerbi (“Brayton”un baş məşqçisi);
- Yulian Nagelsman (Almaniya yığmasının çalışdırıcısı);
- Tomas Tuxel (mövsümün sonunda “Bayern”in baş məşqçisi vəzifəsini tərk edəcək).

Bu mütəxəssislərin hər birinin Kataloniya komandasının yeni baş məşqçisi olmaq arzusunun olduğu vurğulanır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar