Kyezanın “Yuventus”la danışıqları dalana dirəndi

“Yuventus”un vingeri Federiko Kyeza Turin klubunun rəhbərliyi ilə 2025-ci ilin yayında başa çatacaq əmək müqaviləsinin uzadılması ilə bağlı razılığa gələ bilməyib.

Sports.az xəbər verir ki, son danışıqlardan bəri tərəflər yeni müqavilə imzalamaqdan uzaqlaşıblar ki, bu da Kyezanın zəif idman forması ilə bağlıdır.

26 yaşlı futbolçu yeni müqaviləyə əsasən maddi vəziyyətini yaxşılaşdırmaq istəyir. İtaliyan futbolçu “Yuventus”un hazırkı baş məşqçisi Massimiliano Alleqrinin çalışdırdığı komandadakı gələcəyinə də şübhə ilə yanaşır. Belə ki, Kyeza ilə Alleqri arasında etibarlı münasibət yoxdur.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar