“Barselona” Ter Ştegeni onlardan biri ilə əvəzləyə bilər

“Barselona” komandanın qapıçısı Mark-Andre ter Ştegeni əvəzləmək üçün azad agent olan David de Xeanı və “Almeriya”dan Luis Maşimianonu nəzərdən keçirir.

Sports.az xəbər verir ki, kataloniyalılar 24 yaşlı İnyaki Penaya malik olduğundan hələlik yeni qapıçı almaq məsələsində əmin deyillər.

Bununla belə, qapıçı başqa komandaya icarəyə verilməsini xahiş edə bilər. Bu halda “Barselona”nın alman qapıçını əvəz edə biləcək De Xea və Maşimiano ilə seçimləri var.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar