Dünya futbolu
“Bayern” Alfonso Deyvisin yerinə namizədi müəyyənləşdirdi
28.02.2024 | 23:19
“Bayern” komandanın sol cinah müdafiəçisi Alfonso Deyvisin əvəzlənməsinə qərar verib. Sports.az xəbər verir ki, Münhen klubu “Liverpul”un və Şotlandiya yığmasının futbolçusu Endryu Robertsonu öz sıralarında görmək istəyir.
Daha əvvəl Deyvisin “Real”la şəxsi müqaviləsinin şərtlərini razılaşdırdığı bildirilirdi.
Vurğulanır ki, “Bayern” rəhbərliyi belə bir sövdələşmənin həyata keçirilməsinin çətinliyindən xəbərdardır. Bununla belə, Almaniya nəhəngi Devisi tam əvəz edə biləcək yüksək səviyyəli müdafiəçini ala biləcəyinə inanır.