Nagelsman yayda “Nyukasl”ın baş məşqçisi ola bilər

“Nyukasl” alman mütəxəssis Yulian Nagelsmanı yayda baş məşqçi təyin etmək istəyir.

Sports.az xəbər verir ki, Nagelsmanın Almaniya yığması ilə müqaviləsi 2024-cü il Avropa çempionatının sonuna qədər qüvvədədir.

Eyni zamanda, alman mütəxəssis beynəlxalq yarışdan sonra fəaliyyətini harada davam etdirəcəyini hələ bilmir. Bundan əlavə, Nagelsmanın maraqlarını “Nyukasl”ın müdafiəçisi Fabian Şerin işləri ilə məşğul olan eyni agentlik təmsil edir. İngiltərə klubu bu amilin danışıqlar zamanı klubun xeyrinə olacağından əmindir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar