Dünya futbolu
“Borussiya” da Nagelsmana göz dikib
28.02.2024 | 23:31
Dortmund “Borussiya”sı Yulian Nagelsmanı komandanın gələcək baş məşqçisi kimi nəzərdən keçirir.
Sports.az xəbər verir ki, “Borussiya” rəhbərliyi yeni universal məşqçi axtarışındadır.
Vurğulanır ki, Yulian Nagelsmanın adı Dortmund təmsilçisinin düşərgəsində israrla hallanır. “Borussiya” rəhbərliyi Almaniya yığması ilə müqaviləsi AÇ-2024-ün sonunda başa çatacaq mütəxəssisi dəvət etmək imkanını araşdırır.