Məmmədov Polşada növbəti məğlubiyyətə üzüldü

Polşa çempionatında 17-ci tutdan təxirə salınmış oyun keçirilib.

Sports.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Rahil Məmmədovun çıxış etdiyi LKS də növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Stal”la qarşılaşıb və 0:2 hesabıyla uduzub.

Start heyətdə meydana çıxan Rahil sona qədər oynayıb. O, 70-ci dəqiqədə sarı vərəqə də alıb.

LKS 10 xalla sonuncu - 18-ci pillədə qərarlaşıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar