“Napoli” və “İnter”dən darmadağın

İtaliya A Seriyasında 21-ci turdan təxirə salınmış oyunlar keçirilib.

Sports.az xəbər verir ki, günün ilk oyunu “Sassuolo” ilə son çempion “Napoli” arasında baş tutub.

Neapol təmsilçisi 7 qolluq oyunda darmadağına sevinib. Lider “İnter” isə “Atalanta”nı doğma meydanda 4 cavabsız qolla yenib.

Hazırda “İnter”in 69, “Yuventus”un 57 xalı var. “Milan” 53 xalla 3-cü, “Bolonya” 48 xalla 4-cü, “Atalanta” 46 xalla 5-ci, “Roma” 44 xalla 6-cıdır.

İtaliya A Seriyası
21-ci turun oyunları

28 fevral

Sassuolo – Napoli 1:6
Qollar: Raçiç, 17 – Rahmani, 29. Osimhen, 31; 41; 47. Kvaratsxeliya, 51; 75.

İnter – Atalanta 4:0
Qollar: Darmian, 26. L.Martines, 45+1. Dimarko, 54. Frattezi, 72.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar