Ronaldo cəzalandırıldı

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo azarkeşlərə qarşı nalayiq jest etdiyi üçün cəzalandırılıb.

Sports.az xəbər verir ki, 39 yaşlı futbolçu Səudiyyə Ərəbistanı çempionatının 21-ci turunun “Əl-Şabab”la oyununda (3:2) göstərdiyi jestə görə 1 oyunluq diskvalifikasiya olunub. 

Ronaldonun özü bu işarənin "güc və qələbə ifadə etdiyini" və Avropada "onların buna öyrəşdiyini" söyləyib.

Bu mövsüm Ronaldo "Əl-Nəsr"in heyətində bütün turnirlərdə 29 oyun keçirib, 28 qol vurub və 11 qolun ötürməsini verib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar