Qurban Qurbanov "Latsio"da?

Avrokuboklarda uğurlu çıxış edən "Qarabağ"ın futbolçularına çoxsaylı təkliflər gəlməsi haqda mediada tez-tez xəbərlər peyda olur.

İndi də çempionumuzun baş məşqçisi Qurban Qurbanovun adının "Latsio"da Maurisio Sarrini əvəzləyəcək namizədlər siyahısına daxil edilməsi barədə məlumat yayılıb.

Sports.az bununla bağlı "Qarabağ"ın rəsmi mövqeyini öyrənib.

Klubun mətbuat xidmətinun rəhbəri Anar Hacıyev hazırda belə bir məsələnin gündəmdə olmadığını bildirib.

Qeyd edək ki, Qurban Qurbanova müxtəlif dövrlərdə qitənin fərqli ölkələrindən təkliflər gəlsə də, o "Qarabağ"da fəaliyyətini davam etdirməyi üstün tutub. 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar