Luis Enrike Kilian Mbappeyə hörmətsizlik edir?

PSJ-nin fransalı ulduz hücumçusu Kilian Mbappenin ətrafı hesab edir ki, Fransa nəhənginin baş məşqçisi, ispan mütəxəssis Luis Enrike 25 yaşlı ulduz futbolçuya qarşı hörmətsiz davranır.

Sports.az xəbər verir ki, Mbappeyə yaxın olan insanlar ispan mütəxəssisin Liqa 1-in 27-ci turunun Marsel “Olimpik” ilə son oyununda (0:2), 65-ci dəqiqədə hücumçunu əvəzləməsini narazılıq və yanlış anlaşılma kimi qəbul ediblər.

Bundan başqa, Fransa çempionatının bəzi əvvəlki oyunlarında da Mbappenin əvəz edilməsi birmənalı qaşılanmayıb.

Xatırladaq ki, mətbuatda, Mbappenin cari mövsümün başa çatması ilə “Real”a keçəcəyi haqda məlumat dolaşır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar