“Yuventus” Çempionlar Liqasına düşə bilməsə...

“Yuventus” cari mövsümün sonunda Çempionlar Liqasına vəsiqə qazana bilməsə, “byankoneri”nin baş məşqçisi Massimiliano Alleqri tutduğu vəzifədən qovulacaq.

Sports.az xəbər verir ki, “Yuventus” növbəti Çempionlar Liqasına vəsiqə qazana bilməsə, xeyli gəlir itirəcək ki, bu da “Qoca sinyora”nın cibinə ziyan etmiş olacaq.

Amma hazırda Turin klubunun rəhbərliyi italyan mütəxəssisin işindən razıdır və acı bir mənzərənin inkişafını istəmir.
 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar