Dünya futbolu
“Napoli” Konteyə ciddi təklif ünvanlamağı düşünür
02.04.2024 | 20:45
“Napoli”nin prezidenti Aurelio De Laurentis italiyan mütəxəssis Antonio Konteyə illik 8 milyon avro məbləğində maaşla müqavilə təklif etməyə hazırdır ki, mütəxəssis Neapol komandasının yeni baş məşqçisi olmağa razı olsun.
Sports.az xəbər verir ki, De Laurentis Kontenin “Napoli”ni İtaliya A Seriyasında lider mövqeyə qaytarmağa qadir olan mütəxəssis olduğunu düşünür.
Neapol klubunun rəhbərinin 54 yaşlı mütəxəssisə “Napoli”nin transfer siyasətini idarə etmək və yeni idman direktoru təyin etmək baxımından geniş səlahiyyətlər təklif etməyə hazır olduğu vurğulanır.