Naço Fernandes “Real”la müqaviləsini yeniləməyə şübhə edir

“Real”ın 34 yaşlı mərkəz müdafiəçisi Naço Fernandes “qaymaqlılar”la əmək müqaviləsini uzadıb-uzadmayacağına, yoxsa bu mövsümün sonunda müqaviləsi bitdikdən sonra ayrılacağına hələ qərar verməyib.

Sports.az xəbər verir ki, “Real” rəhbərliyi və məşqçilər qərargahı ispan futbolçunu klubda saxlamaq istəyirlər.

İstənilən müdafiə mövqeyində oynaya bilən Naçonun çoxyönlülüyünü “Real”da yüksək qiymətləndirirlər. Eyni zamanda, “Real”ın məşqçilər qərargahı Naçoya ehtiyat oyunçu kimi baxır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar