“Ançelotti dünyada ən dahi məşqçidir” - Kapello

Məşhur italyan mütəxəssis Fabio Kapello Çempionlar Liqasının 1/4 finalında “Mançester Siti”ni məğlub etmiş (ilk oyun: 3:3; cavab oyunu: 1:1, penaltilərlər: 4:3) “Real”ın baş məşqçisi, həmyerlisi Karlo Ançelotti haqda danışıb.

Sports.az italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Karlo Ançelotti dünyanın ən dahi məşqçisidir, onun nəticələri bunu sübut edir. Onun gücü, oyun tərzini oyunçularının xüsusiyyətlərinə uyğunlaşdırmaqdadır. Bu, onların daha yaxşı olmasına kömək edir. Onun paltardəyişmə otağında da gücü və səlahiyyəti var”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar